Qlobal innovasiyaların yerli inteqratoru kimi Digital Plus MMC müasir avtomatlaşdırmanın üzləşdiyi ən mürəkkəb problemlərin həlli üzrə dərin biliyə malikdir. Biz neft və qaz, dəniz və binalarda müştərilərimiz üçün davamlı avtomatlaşdırma həlləri yaratmaq məqsədi ilə ən müasir texnologiyaları sənayenin aparıcı mütəxəssisləri ilə birləşdiririk.

Avtomatlaşdırma sahəsindəki təcrübəmizlə müştərilərimizə İnteqrasiya edilmiş İdarəetmə və Təhlükəsizlik Sistemləri (ICSS), Əsas Proses İdarəetmə Sistemi (BPCS) və ya Paylanmış İdarəetmə Sistemi (DCS), Təhlükəsiz Cihazlı Sistem (SIS), PLC əsaslı Modul İdarəetmə Sistemi (UCP), Bina İdarəetmə Sistemi (BMS), Enerji İdarəetmə Sistemi (EMS) və Gəmi İdarəetmə Sistemlərindən (VMS) tutmuş ölçü cihazları, analizatorlar, və klapanlara qədər geniş çeşidli həllər təklif edirik.